15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Böyük Britaniya ilə kənd təsərrüfatı sahəsində birgə İşçi Qrup yaradılacaq

Azərbaycanla Böyük Britaniya arasında kənd təsərrüfatı sahəsində birgə İşçi Qrupun yaradılması, Anlaşma Memorandumunun imzalanması və fəaliyyət planının hazırlanması müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, əməkdaşlıq istiqamətlərinə nazir Məcnun Məmmədovun bu ölkənin səfiri Fergus Auld ilə görüşü zamanı toxunulub.

Görüşdə kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, bu sahədə ən müasir texnologiyaların transferi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında Böyük Britaniya mütəxəssislərinin dəstəyi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri nəzərdən keçirilib.

İki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?