15 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2023-cü ildə Naxçıvanda keçirilən satınalmaların toplam dəyəri 59,2 milyon manat olub

"Dövlət satınalmaları sahəsində nəzarət tədbirlərinin nəticəsi kimi 9,5 milyon manat və ya 16 faiz dövlət vəsaitinə qənaət edilib. Qənaətin 92,5 faizi açıq tender, 0,3 faizi təkliflər sorğusu, 7,2 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub".

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Naxçıvan Muxtar Respublikasının rəsmi nəşrinə istinadən xəbər verir ki, bunu Naxçıvanda keçirilən “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı tədbirdə muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Ötən il ərzində dövlət satınalmaları sahəsində görülən işlər barədə danışan A.İsmayılov qeyd edib ki, satınalma prosedurlarının nəticələrinə dair satınalan təşkilatlardan daxil olan 534 yekun protokolun 8,8 faizində nöqsanlar aşkar edilib və bununla əlaqədar həmin satınalmaların nəticələri ləğv edilib.

"2023-cü ildə muxtar respublikada keçirilən satınalmaların toplam dəyəri 59,2 milyon manat olub ki, bu da ötənilki büdcə xərclərinin 10 faizindən çoxunu təşkil edib", - deyə A.İsmayılov əlavə edib.

VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir?