19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

696 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub

Son zamanlar “Azexport” portalının təqdim etdiyi sərbəst satış sertifikatına beynəlxalq arenada marağın artması müşahidə edilir.

Bu barədə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov məlumat verib.

Qeyd edək ki, bu sertifikat insan orqanizmi ilə birbaşa təmasda olan tibbi avadanlıqların, dərman vasitələrinin və qida məhsullarının xarici bazarlara ixracı zamanı bəzi ölkələr tərəfindən tələb olunan sənədlərdən biridir.

A.Qədəşovun sözlərinə görə, bu sertifikat sadalanan kateqoriyadan olan məhsulların Azərbaycandan ixracı zamanı tələb olunan zəruri sənədlər siyahısında yoxdur və könüllü xarakter daşıyır.

“Buna baxmayaraq, bəzi ölkələrdə sərbəst satış sertifikatı zəruri sənədlər siyahısına daxil edilib. Bu da həmin ölkələrdə qida və dərman məhsullarının idxalı zamanı sərbəst satış sertifikatın mövcudluğunu mütləq şərt edir. Hazırda dünya ölkələrində bu sertifikata olan tələb artmaqdadır. Yəni hər il daha çox ölkə sərbəst satış sertifikatını qida və dərman məhsullarının idxalı üçün zəruri sənədlər siyahısına əlavə edir”, - deyə portalın rəhbəri qeyd edib.

Bildirilib ki, bəzi hallarda sertifikatın beynəlxalq adı regiona görə dəyişir. Buna misal olaraq “Free Sale Certificate” (FSC), “Certificate of Free Sale” (CFS) və “Free Sale Declaration” (FSD) kimi formaları qeyd etmək olar. “Adların fərqli olmasına baxmayaraq, bunlar Azərbaycan Respublikasında “Azexport” portalı tərəfindən təqdim olunan sərbəst satış sertifikatı ilə eyni hüquqa malik sənəddir”,- deyə A.Qədəşov əlavə edib.

Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim edilir. Sertifikat ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2024-cü ilin fevral ayına kimi 696 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz regionunun 100-dən artıq ölkəsinə məhsulların ixracını asanlaşdırıb.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?