22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daxildə emal xüsusi gömrük proseduru ilə bağlı görüş keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na dair sahibkarlarla görüş keçirilib. 30-dək ixracatçının və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Dövlət Gömrük Komitəsinin sədr müavini Bəhruz Quliyev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və digər rəsmi şəxslərin iştirak etdikləri görüşdə daxildə emal xüsusi gömrük proseduru haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, daxildə emal gömrük proseduru altında yerləşdirilən malların dəyərində ildən-ilə artım baş verib. 2023-cü ildə 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib. Bu prosedur qeyri-neft ixracının artırılmasına mühüm töhfə verir.

Görüşdə sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Qeyd: Daxildə emal müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur. Azərbaycanda malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi təmir və emal məqsədilə həyata keçirilir. Bu da öz növbəsində emal və xidmət sektorunun inkişafı, ixrac fəaliyyətinin stimullaşdırılmasına şərait yaradır.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?