11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Məhəmməd Əli Paşa: “Azərbaycan ərəb dünyası ilə iqtisadi əməkdaşlıqda əsas oyunçuya çevrilib”

Məhəmməd Əli Paşa: “Azərbaycan ərəb dünyası ilə iqtisadi əməkdaşlıqda əsas oyunçuya çevrilib”

Azərbaycan ərəb dünyası ilə iqtisadi əməkdaşlıqda əsas oyunçuya çevrilib.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına açıqlamasında Asiya, Çin, Türkiyə və Yaxın Şərq üzrə pakistanlı ekspert Məhəmməd Əli Paşa deyib.

"Qeyd edək ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın ən fəal sahələri kənd təsərrüfatı, yüngül sənaye, əczaçılıq və bərpa olunan enerji sektorunu əhatə edir. Bərpa olunan enerjiyə olan diqqət davamlı inkişafın təmin edilməsi üçün qlobal səylərə uyğun gələn uzaqgörən yanaşmanı əks etdirir.

Azərbaycan ərəb dünyası ilə iqtisadi əlaqələrini gücləndirməkdə davam edərkən, bu birgə səylər iştirakçı ölkələrin qarşılıqlı güclənməsinə və çiçəklənməsinə töhfə verir”, - ekspert qeyd edib.

Məhəmməd Əli Paşa bildirib ki, bu strateji tərəfdaşlıq Azərbaycanda 500 meqavatlıq bərpa olunan enerji layihələrinin inkişaf etdirilməsi məqsədi daşıyır ki, bu da ölkənin sıfır emissiya hədəflərinə nail olmaq öhdəliyinə uyğundur:

“Səudiyyə Ərəbistanının ACWA Power şirkəti Abu Dhabi Future Energy Co. (“Masdar”) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq vasitəsilə Azərbaycanda bərpa olunan enerjinin inkişafına töhfə vermək niyyətindədir. Əməkdaşlıq “Masdar”ın Qaradağ Günəş Elektrik Stansiyası ilə mövcud tərəfdaşlığına əsaslanır və Azərbaycanda 10 gigavata qədər bərpa olunan enerji layihələrinin inkişafı planlarına uyğundur. Tərəfdaşlıq 240 MVt gücündə külək təşəbbüsü və 1 GVt quruda külək stansiyaları, 1,5 GVt gücündə dəniz külək qurğusu və akkumulyatorların saxlanması təşəbbüsü kimi davam edən layihələr vasitəsilə Azərbaycanın davamlı enerji gələcəyinə dair planlarında həlledici mərhələni əks edir”.

Ekspertin sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2024-2027-ci illər arasında Azərbaycanda iki günəş və bir külək elektrik stansiyasının tikintisini maliyyələşdirməyi öhdəsinə götürüb.

“Bu iddialı təşəbbüs BƏƏ-nin davamlı enerji həllərini və qlobal tərəfdaşlıqları təşviq etmək öhdəliyini vurğulayır. İlkin hesablamalara görə, bu layihələrin birgə həyata keçirilməsi maraqlı tərəflər üçün 1 GVt alternativ enerjiyə çıxışı təmin edəcək. BƏƏ və Azərbaycan arasında bərpa olunan enerji sektorunda əməkdaşlıq nəinki daha geniş qlobal təmiz və yaşıl enerji gündəliyinə uyğundur, həm də Azərbaycanın dayanıqlı enerji istehsalı üçün potensialının genişləndirilməsi istiqamətində mühüm addımdır”, - Məhəmməd Əli Paşa deyib.

Ekspertin fikrincə, bu strateji tərəfdaşlıq BƏƏ və Azərbaycanın iqlim dəyişikliyi probleminin həllinə və daha dayanıqlı gələcəyin təşviqinə sübutdur.

Tamilla MƏMMƏDOVA

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?