15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə ilə ticarət dövriyyəsi 18 faizdən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni ayına nisbətdə 18,4 faiz və ya 74 milyon ABŞ dolları artaraq 475,5 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan Türkiyəyə 305 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 39,1 faiz və ya 85,7 milyon dollar çoxdur.

Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 6,4 faiz və ya 11,7 milyon dollar azalaraq 170,4 milyon dollar təşkil edib.

Cari ilin yanvar ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 15,92 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 3,71 faiz bəndi üstələyir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?