13 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Son 3 ildə gilas ixracından 120 milyon dollar vəsait daxil olub

Son 3 ildə gilas ixracından ölkəyə təqribən 120 milyon dollar vəsait daxil olub və bu rəqəm hər il artmaqdadır.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ümumilikdə 12 min hektar ərazidə becərilən gilas Azərbaycanda kütləvi şəkildə əkilən meyvələrdəndir – gilas bağları ölkənin 65 rayonunda mövcuddur.

Ərazisinə görə ən çox gilas bağları Xaçmaz rayonunda (4422 ha) yerləşir. Qubada gilas bağlarının sahəsi 2317 hektar, Qusarda 800 hektar, Şabranda 595 hektar, Şəmkirdə 233 hektar, Ağdaşda 220 hektardır. Rütubətə tələbkar bitki olan gilas istehsalının təxminən 45 faizi Quba-Xaçmaz iqtisadi rayonunun payına düşür.

Gilas bağlarının 2900 hektarını, yəni təqribən dörddə birini daha məhsuldar olan intensiv və superintensiv bağlar təşkil edir. Bağların sürətlə artması gilasın ixracına da təsir edir. Son 3 ildə ixrac olunan gilasın miqdarı 2 dəfə artıb.

Belə ki, 2021-ci ildə Azərbaycandan xaricə ümumi dəyəri 31,1 milyon dollar olan 19,4 min ton gilas ixrac edilib. 2022-ci ildə ixrac olunan gilasın həcmi 10 min ton artaraq 29,2 min tona, ixracdan gələn gəlir isə 41,6 milyon dollara yüksəlib.

2023-cü ilin 11 ayında isə ölkədən ümumi dəyəri 44,6 milyon dollar olan 35,6 min ton gilas ixrac edilib.

VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi