13 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tərəvəzçilik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 945:2023 (ГОСТ 20144-74) “Konservləşdirilmiş xiyar. Texniki şərtlər”, AZS TS 794:2023 “Pomidor (Solanum lycopersicum L). Texniki şərtlər”, AZS ГОСТ:25555.0:2023 “Meyvə və tərəvəzlərin emalı məhsulları. Titrlənən turşuluğun təyini üsulları” yeni dövlət standartları qəbul edilib.

İnstitutdan verilən məlumata görə, bu yeni dövlət standartları tərəvəzçilik sahəsində konservləşdirilmiş xiyar, pomidor, o cümlədən tərəvəz məhsullarının keyfiyyətinin yüksəldilməsinin (istehsal, idxal, ixrac və istehlak bazarına buraxılmasını) təmin edilməsi məqsədilə qəbul edilib.

Yeni dövlət standartları "Tərəvəz toxum - əkin materialları, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması"nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 26) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?