Yaponiya ilə ticarət dövriyyəsinin həcmi artıb
2023-cü il ərzində Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətdə 48,6 faiz və ya 147,9 milyon ABŞ dolları artaraq 452,1 milyon dolları üstələyib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan Yaponiyaya 16,8 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 20,2 faiz və ya 2,8 milyon dollar çoxdur.
Yaponiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 50 faiz və ya 145 milyon dollar artaraq 435,2 milyon dollar təşkil edib.
2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Yaponiya ilə ticarətin payı 0,88 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,31 faiz bəndi üstələyir.