8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il gömrük xətti ilə büdcə daxilolmaları 12,1 faiz artıb

2023-cü il ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 6,33 milyard manatdan çox vəsait daxil olub ki, bu da 2022-ci illə müqayisədə 12,1 faiz çoxdur.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Komitənin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat ilində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2022-ci illə müqayisədə 14,6 faiz artaraq 1,62 milyard manatı üstələyib.

ƏDV üzrə daxilolmalar isə 11 faiz artaraq 4,44 milyard manata bərabər olub. Aksizlər üzrə daxilolmalar 32,8 faiz artaraq 224,3 milyon manat təşkil edib.

2023-cü ildə yol vergisi üzrə daxilolmaların həcmi 42,8 milyon manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 31,3 faiz azdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?