22 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edib.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma nazirinin birinci müavini Ammar Naqadi və beynəlxalq iqtisadi məsələlər üzrə müavini Albara Alaskandarani ilə görüş keçirilib. Görüşdə Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin inkişaf etdiyi, ticarət dövriyyəsinin artdığı vurğulanıb. İki ölkə arasında iqtisadiyyatın prioritet sahələri, həmçinin sosial-iqtisadi proqramlar sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin tərəfdaşlığa impuls verəcəyi qeyd olunub. Görüşdə özəl sektor üzrə əməkdaşlığın inkişafı məqsədilə prioritet sahələrin müəyyənləşdirilməsinin önəmi vurğulanıb. Görüşdə ikitərəfli iqtisadi əlaqələrimizin gündəliyində olan məsələlər, qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanı Krallığının investisiya nazirinin müavininin beynəlxalq tərəfdaşlıqlar üzrə müavini Avad Maşni ilə görüşdə qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafının önəmi qeyd edilib. Səudiyyə Ərəbistanı ilə ticarət, investisiya, enerji, o cümlədən, “yaşıl” enerji, infrastruktur, azad edilmiş ərazilərimizdə həyata keçirilən reinteqrasiya layihələri, turizm və digər sahələr üzrə səmərəli əməkdaşlıq imkanları qeyd olunub. Görüşdə Azərbaycanda əlverişli işgüzar mühit, biznes üçün yaradılan imkanlar barədə məlumat verilib, Səudiyyə sərmayədarları fəal əməkdaşlığa dəvət edilib.

Tərəflər müxtəlif istiqamətlər üzrə investisiya tərəfdaşlığının genişləndirilməsi, potensial birgə layihələr, tikinti sektoru və sair istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Mərşad ilə görüşdə ölkəmizdə bərpa olunan enerji istiqamətində görülən işlər, bu sahədə “ACWA Power” şirkəti ilə əməkdaşlıq, azad olunmuş ərazilərimizin investisiya potensialı barədə məlumat verilib. Sultan Əbdülrəhman Əl-Mərşad rəhbərlik etdiyi qurumun Azərbaycanla birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib.

Görüşdə Azərbaycanda prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

“Səudiyyə Kənd Təsərrüfatı və Heyvandarlıq İnvestisiya Şirkəti”nin (SALİC) baş icraçı direktoru Süleyman Alrumaih ilə görüşdə Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyası, istehsal edilən aqrar məhsullar və onların ixrac coğrafiyası barədə məlumat verilib. Bildirilib ki, ölkələrimizin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanları genişdir. Azərbaycanda ixracın və ticarətin asanlaşdırılması məqsədilə bir sıra tədbirlər görüldüyü, o cümlədən xarici ölkələrdə ticarət nümayəndəliklərinin yaradıldığı qeyd olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycana aqrar sahə ilə bağlı investisiya yatırılması, strateji ərzaq məhsullarının istehsalı və ixracı üçün böyük potensial var. Bununla yanaşı, ölkəmizin nəqliyyat-tranzit, turizm və digər imkanları barədə də məlumat verilib.

Görüşdə Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat olub, həmçinin SALİC şirkətinin xarici ölkələrdə törəmə müəssisələri, onların istehsal fəaliyyəti barədə məlumat verilib. Bununla yanaşı, ölkəmizin aqrar məhsullarının Səudiyyə Ərəbistanı bazarına çıxarılması və digər mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

VergiFiziki şəxsin icarədən gəlirləri hansı formada vergiyə cəlb olunur? VergiPərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdırmı? VergiHüquqi şəxsin ünvan dəyişikliyi VergiƏfqanıstan müharibəsi veteranının həyat yoldaşına vergi güzəşti tətbiq olunurmu? Vergiİpoteka ilə alınan daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması VergiRepetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır? VergiXarici ölkədə ödənilmiş vergilər Azərbaycanda nəzərə alınırmı? VergiFiziki şəxsin vergi orqanında uçota alınması vaxtı VergiQeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır? VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır?