14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kaiser Navab: “Azərbaycan enerji infrastrukturunun sürətli modernləşdirilməsini nümayiş etdirib”

Azərbaycanın konstruktiv dialoq üçün atdığı addımlar iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə tam uyğun gəlir.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına açıqlamasında pakistanlı iqtisadçı, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq ekspert Kaiser Navab deyib.

“Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək qərarı ölkə üçün mühüm mərhələdir. Bu addım Azərbaycanın məşhur qonaqpərvərliyi ilə bərabər beynəlxalq forumların təşkilində müstəsna imkanlarını vurğulayır”, - ekspert qeyd edib.

Kaiser Navab bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanın regional əhəmiyyət daşımaqdan qlobal əhəmiyyət daşımağa keçməsinə, xüsusilə ekoloji problemlərin həllinə şərait yaradır.

Ekspertin fikrincə, Azərbaycanın enerji keçidinə kompleks yanaşması iqtisadi artımın və elektrik enerjisinə artan tələbatın səbəb olduğu dəyişən enerji mənzərəsində özünü göstərir. Ölkənin dayanıqlı enerjiyə diqqəti yaşıl enerjini təşviq edən və istixana qazı emissiyalarını azaldan xarici siyasət təşəbbüsləri vasitəsilə beynəlxalq miqyasda yayılır.

“Azərbaycan enerji infrastrukturunun sürətli modernləşdirilməsini nümayiş etdirib. 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faiz azaldılmasını planlşdıran Bakı öz gələcəyini qlobal davamlı inkişaf məqsədlərinə uyğun olaraq fəal şəkildə formalaşdıran nümunəvi modeldir”, - o deyib.

Kaiser Navabın sözlərinə görə, EU4Energy proqramı ilə əməkdaşlıq Azərbaycanın davamlı enerji istiqamətində irəliləyişini daha da gücləndirir və iqlim problemlərinin həllində beynəlxalq tərəfdaşlığa sadiqliyini nümayiş etdirir: “COP29-a ev sahibliyi etmək ölkəni iqlim dəyişikliyi ilə qlobal mübarizədə əsas oyunçulardan biri kimi önə çıxarmaqla yanaşı, həm də enerji keçidi və davamlı təcrübələr sahəsində nailiyyətlərini nümayiş etdirmək imkanı verir. Tədbir qlobal temperatur artımının məhdudlaşdırılması kimi iddialı məqsədə nail olmaq üçün mənalı dialoq və birgə fəaliyyət üçün platforma rolunu oynayır”.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?