1 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın plastik su qablarının xaricə ixracı planlaşdırılır

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti "Uysal Ambalaj" MMC istehsal etdiiyi məhsulları bu il ərzində xaricə ixrac etməyi planlaşdırır.

Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına 19 litrlik plastik su qabları və onların qapaqlarının istehsalını həyata keçirirən MMC-nin satış müdiri Rüfət Şükürov deyib.

Onun sözlərinə görə, müəssisə Gürcüstan, Rusiya, Özbəkistan və Qazaxıstana məhsul ixracı üçün danışıqlar aparır. Zavod il ərzində 100 min ədədə yaxın məhsul istehsal edir: "İxraca başlamağımız daxili bazarın məhsulla təminatında problem yaratmayacaq. Zavod daxili bazarı tam olaraq məhsulla təmin edə bilər".

R.Şükürov qeyd edib ki, hazırda zavod tam istehsal gücü ilə işləmir. Müəssisə, daxili bazarın tələbatına uyğun olaraq, istehsal gücünün 30 faizi həcmində məhsul istehsal edir: "Mövcud daxili tələbat hazırda istehsal gücümüzün yalnız 30 faizi həcmində məhsul istehsal etməyə imkan verir. Bizim imkanlarımız isə daha genişdir. Ona görə ixraca başlamaq istəyirik ki, istehsal gücümüz qədər məhsul istehsal edək”.

İlhamə İSABALAYEVA

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?