7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Güzəştli kreditlərin müvəkkil kredit təşkilatları üzrə bölgüsü açıqlanıb

2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil kredit təşkilatları vasitəsilə 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat ayırıb.

Fonddan verilən məlumata görə, ötən il sahibkarların investisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika", "Rabitəbank", "Aqrarkredit" BOKT, "AccessBank" və "Yelo Bank" fərqlənib.

2023-cü ildə verilən güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika", "Azərbaycan Beynəlxalq Bankı", "Paşa Bank", "Rabitəbank" və "Expressbank" daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Bu kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir. Müvəkkil kredit təşkilatlarının tam siyahısı Fondun rəsmi internet saytında yerləşdirilib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?