Ötən il tankerlərlə 4,9 milyon ton yük daşınıb
2023-cü il ərzində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tankerləri ilə 4,9 milyon ton yük daşınıb.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı QSC-yə istinadən xəbər verir ki, bu dövrdə bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 37 642 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 35 207 ədəd olub.
Universal quru yük gəmiləri ilə ötən il ərzində 749 min ton yük nəql edilib.