24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən il buğda yığımında artım qeydə alınıb

Ötən il buğda yığımında artım qeydə alınıb

2023-cü ildə ölkə üzrə əkin sahələrindən 1 833,8 min ton buğda yığılıb ki, bu da 2022-ci ilin göstəricisini 5,6 faiz və ya 97,8 min ton üstələyir.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat ilində buğda yığımında məhsuldarlıq 33,8 sentner təşkil edib. Bu, 2022-ci ilin göstəricisindən 5,9 faiz və ya 1,9 sentner çoxdur.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə 2023-cü il ərzində ölkəyə 303,98 milyon ABŞ dolları dəyərində 1,17 milyon tondan çox buğda idxal edilib. 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,4 faiz, həcmi isə 9,1 faiz azalıb.

Qeyd edək ki, ötən il ərzində buğda idxalı ölkənin ümumi idxalının 1,76 faizinə bərabər olub ki, bu da ötən ilin eyni göstəricisindən 1,24 faiz bəndi azdır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?