18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Davos 2024 - Dünya İqtisadi Forumu öz işinə başlayır

İsveçrənin Davos şəhərində sayca 54-cü Dünya İqtisadi Forumunun illik toplantısı bu gün öz işinə başlayır. “Etimadın bərpası” devizi altında keçirilən forumun məqsədi kollektiv fəaliyyət azadlığını bərpa etmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri gücləndirməkdir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) məlumatına görə, bir həftə ərzində toplantıda 100-dən çox hökumət və dövlət başçısı, aparıcı beynəlxalq təşkilatların rəhbərləri və Forumun 1000 tərəfdaş şirkəti, eləcə də vətəndaş cəmiyyətinin liderləri, qabaqcıl ekspertlər, gənc liderlər, sosial sahibkarlar və media təmsil olunacaq.

Forum dörd istiqamət üzrə təşkil olunub:

1. Parçalanmış dünyada təhlükəsizlik və əməkdaşlığa nail olmaq;

2. Yeni dövr üçün iqtisadi artım və yeni iş yerlərinin yaradılması;

3. Süni intellekt iqtisadiyyat və cəmiyyət üçün hərəkətverici qüvvə kimi;

4. İqlim, təbiət və enerji üçün uzunmüddətli strategiya.

Həftə ərzində sessiyalarda qlobal təhlükəsizlik, ticarət, iqtisadi artım, iş yerləri, iqlim və təbiətlə bağlı fəaliyyətlər, enerji keçidi, texnoloji pozulmalar, sağlamlıq və rifah üzrə irəliləyişlərlə bağlı müzakirələr baş tutacaq.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?