12 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il 30,2 milyon ton neft hasil edilib

2023-cü il ərzində ölkədə 30,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, neft hasilatının 17,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə 7,8 milyon ton təşkil edib.

Bu dövrdə 25,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 22,1 milyon tonu konsorsiumun, 3,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2024-cü il tarixinədək 629,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 584,7 milyon ton neft, “Şahdəniz”dən isə 44,5 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 1 yanvar 2024-cü il tarixinədək 627,3 milyon tonu ixraca nəql edilib.

2023-cü il ərzində ölkədə neft emalı 6,5 milyon tona yaxın təşkil edib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?