17 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Valeri Çeçelaşvili: “COP29 Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə töhfə verəcək”

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun güclənməsinə töhfə verəcək, çünki bu, çox ciddi sammitdir”.

Bu sözləri gürcü diplomatı və siyasətçisi, Gürcüstanın keçmiş maliyyə naziri, QDİƏT və GUAM-ın keçmiş baş katibi, Gürcüstan xarici işlər nazirinin keçmiş müavini Valeri Çeçelaşvili “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, bu konfrans aparıcı dünya liderlərini bir araya gətirəcək. Bundan əlavə, tədbirin mövzusu çox aktualdır və gündəmdədir. Bu tədbirin keçirilməsi Azərbaycana inamın artmasının sübutudur.

"Ölkələrin birgə bəyanatında Cənubi Qafqazın region kimi əhəmiyyəti də vurğulanıb. Mühüm məqam ondan ibarətdir ki, Ermənistan Azərbaycanın xeyrinə COP29 sessiyasına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürüb. İlk dəfə olaraq iki ölkə - Azərbaycan və Ermənistan bu tədbirin Bakıda keçirilməsi ideyasını dəstəkləmək xahişi ilə bir qrup Şərqi Avropa ölkəsinə müraciət edib”, - ekspert qeyd edib.

V.Çeçelaşvilinin sözlərinə görə, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədlərinə çatmaqda mühüm rol oynayacaq: “Mənim bu konfransdan çox gözləntilərim var. İnanıram ki, bu tədbirdə mühüm addımlar atılacaq. Ümid edirəm ki, konfransda inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə daha dözümlü yanaşmağa kömək edəcək".

Tamilla MƏMMƏDOVA

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?