22 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il Naxçıvanda 11 minə yaxın daşınmaz əmlak obyekti qeydiyyata alınıb

2023-cü il ərzində Naxçıvan Muxtar Respublikası üzrə 10 880 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,6 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, ümumi göstəricinin 3 684-ü ilkin, 7 196-sı təkrar qeydiyyatın payına düşüb.

Dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin 4 249-u fərdi yaşayış evi, 4 028-i torpaq sahəsi,1902-si mənzil, 332-si qeyri-yaşayış sahəsi, 264-ü qeyri-yaşayış binası, 101-i əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub. Hesabat ilində təkcə Naxçıvan şəhəri üzrə 4 971 əmlak qeydiyyata alınıb ki, bu da ümumi göstəricinin 45,6 faizini təşkil edir, qalan 54,4 faizi isə muxtar respublikanın rayonlarının payına düşür.

Yanvar-dekabr aylarında 8006 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da 2022-ci ilin göstəricisindən 40,3 faiz çoxdur. Həmin əmlaklardan 3 418-nə dair texniki pasport, 4 588-nə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?