7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılır

Milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılır

Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun ilk iclası keçirilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, iclasın keçirilməsində məqsəd müvafiq dövlət proqramından irəli gələn öhdəliklər və gözləntilər barədə iştirakçıların məlumatlandırılması və “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında öz əksini tapmış tapşırıqların icrasının təmin edilməsidir.

İclasda İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumların, həmçinin dövlət proqramının Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların icraçısı olan digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

İclas zamanı ölkəmizdə texniki tənzimləmə sisteminin qurulması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən görülmüş işlər, aidiyyəti dövlət qurumları tərəfindən milli texniki reqlamentlərin və istinad standartlarının hazırlanması ilə bağlı mövcud vəziyyət və gözləntilər ətrafında müzakirələr aparılıb. Texniki tənzimləmənin şamil olunduğu malların təhlükəsizlik parametrləri üzrə sınaqların aparılmasını təmin edən laboratoriyaların müəyyən edilməsi, diaqnostik qiymətləndirmələrin aparılması və nəticələrinə dair təkliflərin aidiyyəti üzrə təqdim olunması istiqamətində görülmüş işlər vurğulanıb.

Bildirilib ki, texniki tənzimləmənin şamil olunduğu malların idxalından əvvəl onların milli texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsi məqsədilə mexanizmin yaradılması və bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin tənzimlənməsi üçün bir sıra qabaqcıl ölkələrin tələbləri təhlil edilib.

Həmçinin qeyd olunub ki, ölkədə beynəlxalq tələblərə uyğun texniki tənzimləmə sisteminin yaradılması xarici ticarətdə texniki maneələrin aradan qaldırılmasına, ölkənin ixrac potensialının artırılmasına, istehlak bazarlarının təhlükəli mallardan qorunmasına və sağlam rəqabət mühitinin qurulmasına xidmət edəcək.

Bundan əlavə, texniki tənzimləmə və standartlaşdırma sahəsində yüksək texnologiyalar və innovativ həllərdən istifadə ilə şəffaflıq və operativliyin təmin edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Tədbirlər Planında nəzərdə tutulan konkret tapşırıqların icrasının növbəti mərhələsinə dair İşçi qrupun iş planının hazırlanması qərara alınıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?