12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayıb

Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayıb.

Dekabrın 19-da axşam saatlarında Bakıdan qalxan ilk təyyarə yerli vaxtla dekabrın 20-də səhər saat 7 radələrində Pekinin “Paytaxt” beynəlxalq hava limanına eniş edib. Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək. Bu, AZAL-ın uçuş coğrafiyasında hazırda ən uzaqməsafəli uçuşdur.

Bakı-Pekin istiqamətində ilk uçuş münasibətilə Pekinin “Paytaxt” beynəlxalq hava limanında keçirilən mərasimdə çıxış edən AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov, Pekin aeroportunun icraçı direktoru Tan Çüəncun iki paytaxt arasında uçuşların başlanmasının qarşılıqlı olaraq səyahətlərə artan tələbatın ödənilməsi, habelə Azərbaycan ilə Çin arasında dinamik inkişaf edən əlaqələrə töhfə məqsədi daşıdığını bildiriblər.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynovun da iştirak etdiyi tədbirdə qeyd olunub ki, Bakı-Pekin-Bakı reysləri iki ölkə arasında turizmin inkişafına və turist axınının artırılmasına töhfə verəcək.

Zəngin mədəni irsi, rəngarəng təbiəti, qədim və müasir memarlığı olan Azərbaycanda son illər turizm sənayesi böyük inkişaf yolu keçib, turizm xidmətlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, nəticədə ölkəmiz dünyanın müxtəlif bölgələrindən olan səyahətçilərin populyar turizm məntəqəsinə çevrilib. Çin də Azərbaycan üçün əsas turizm istiqamətlərindən biridir. Pandemiyanın səngiməsindən sonra iki ölkə arasında turist səyahətlərinin sayında artım müşahidə olunur. Bundan başqa, pandemiyanın səngiməsindən və Çində beynəlxalq uçuşların bərpasından sonra çinli turistlərin xaricə səfərləri də sürətlə çoxalır. Belə bir şəraitdə AZAL-ın Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlara başlaması vaxtında atılan addımdır.

Diqqətə çatdırılıb ki, tələbat artacağı təqdirdə, həftəlik uçuşların sayının çoxaldılması da planlaşdırılıb. Bundan başqa, AZAL-ın gələcəkdə Çinin daha bir neçə iri şəhərinə müntəzəm uçuşlara başlaması nəzərdə tutulub.

Qeyd edək ki, noyabrda Azərbaycanın milli aviadaşıyıcısı AZAL, Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu və “China Tourism Group” arasında turizm sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində Azərbaycanda yeni turizm məhsullarının yaradılması, onların təşviqi, həmçinin onlayn və əyani şəkildə müxtəlif tədbirlərin təşkili üzrə birgə işlərin görülməsi nəzərdə tutulur.

AZƏRTAC

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?