16 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidməti “Rəqabət terminlərinin izahlı lüğəti”ni təqdim edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Rəqabət terminlərinin izahlı lüğəti” hazırlanıb.

Xidmətdən verilən məlumata görə, lüğətin tərtib olunmasında məqsəd antiinhisar fəaliyyəti üzrə işlərdə, korporativ yazışmalarda və ictimaiyyətin məlumatlandırılmasında interdisiplinar (sahələrarası) xarakterə malik rəqabət terminlərinin düzgün istifadəsinə nail olmaq və tənzimləmə prosesinin tərəfləri üçün anlaşıqlı formada izahını təqdim etməkdir.

Lüğətə 150-yə yaxın rəqabət iqtisadiyyatı termini nəzəri əsasları ilə birlikdə istifadəçiyönümlü tərtibatda daxil edilib. Tərtibat zamanı terminlərin antiinhisar qanunvericiliyindəki ümumi mənası nəzərə alınıb, zəruri hissələrdə qanunvericiliyə, beynəlxalq təşkilatların nəşrlərinə istinad edilib.

Həmçinin yeni rəqabət vəziyyətlərini, müasir rəqabət risklərini qiymətləndirmək və açıqlamaq üçün meydana gələn yeni ifadələr sözügedən terminlər toplusunda yer alıb. Bu zaman qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, elmi-texnoloji tərəqqi və biznes mühitində yeni yanaşmalar əsas götürülüb.

Rəqabət terminləri lüğəti sahə üzrə əhatəli məlumat əlçatanlığını asanlaşdırmaqla yanaşı, maarifləndirmə prosesini sürətləndirəcək. Bu baxımdan lüğət ümumi istifadə üçün nəzərdə tutulub və normativ hüquqi akt xüsusiyyətlərini daşımır.

“Rəqabət terminlərinin izahlı lüğəti” elektron formatda Dövlət Xidmətinin rəsmi internet səhifəsində “Məlumat mərkəzi” bölməsində (https://bit.ly/3NsCtq7 ) yerləşdirilib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?