17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın investisiya potensialı Polşada təqdim olunub

Varşavada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi, Azərbaycanın Polşa Respublikasında fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə "Invest in Azerbaijan" tədbiri keçirilib.

AZPROMO-dan verilən məlumata görə, tədbirdə Polşanın ticarət və investisiya ilə əlaqəli müxtəlif dövlət qurumlarının, o cümlədən Polşa Ticarət və İnvestisiya Agentliyi, Polşa İşəgötürənləri, Polşa İnkişaf Fondu, Sənayenin İnkişafı Agentliyi, Polşa Ticarət Palatası, Polşa-Asiya Ticarət Palatası, Polşa-Ukrayna Ticarət Palatası, Polşa-Qazaxıstan Palatası, həmçinin energetika, alternativ enerji, tikinti, kənd təsərrüfatı maşın və avadanlıqlarının istehsalı, informasiya texnologiyaları, konsaltinq xidmətləri, logistika və digər sektorlarda fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı ticarət nümayəndəsi aparatının əməkdaşları tərəfindən Azərbaycanın investisiya mühiti, Azərbaycan-Polşa xarici ticarət əlaqələri, Azərbaycandakı sənaye zonaları və aqroparklar, Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və xarici investorlar üçün yaradılmış imkanlar, tətbiq edilən güzəştlər, ölkəmizin tranzit və logistika üstünlükləri, investinazerbaijan.gov.az veb-səhifəsi haqqında geniş təqdimatlar edilib, iştirakçıların sualları cavablandırılıb. Azərbaycanda xarici investorlar üçün yaradılmış geniş imkanlar qonaqlar tərəfindən maraqla qarşılanıb, gələcək əməkdaşlıq üçün müvafiq müraciətlərin ediləcəyi bildirilib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?