24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gömrük xətti ilə büdcə daxilolmaları 12 faizdən çox artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 5,71 milyard manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Komitənin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 18,3 faiz artaraq 1,49 milyard manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 9,8 faiz artaraq 3,97 milyard manata bərabər olub. Aksizlər üzrə cari ilin 11 ayında daxilolmalar 37,4 faiz artaraq 205,9 milyon manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 39,2 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 31,5 faiz azdır.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?