16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ekologiya sahəsi üzrə yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ГОСТ Р 51606:2023 “Rəqəmsal topoqrafik xəritələr. Rəqəmsal xəritə məlumatlarının təsnifatlandırma və kodlaşdırma sistemi. Ümumi tələblər” yeni dövlət standartı qəbul edilib.

İnstitutdan verilən məlumata görə, yeni dövlət standartı ölkədə ekologiya sahəsində müasir standartların qəbul edilməsi və qüvvədə olan dövlət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Standart layihəsi “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK-09) tərəfindən işlənib hazırlanıb, müvafiq qurumlarla razılaşdırılıb və sözügedən Texniki Komitənin təqdimatı əsasında Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Dövlət standartı rəqəmsal xəritə məlumatlarının təsnifatlandırma və kodlaşdırılma sisteminə, o cümlədən 1:10 000, 1:25 000, 1:50 000, 1:100 000, 1:200 000, 1:500 000, 1:1000 000 miqyaslı rəqəmsal topoqrafik xəritə obyektlərinin təsnifatlandırıcılarına qoyulan ümumi tələbləri müəyyən edir. Dövlət standartının müddəalarının, təşkilati mənsubiyyətindən və mülkiyyət formasından asılı olmayaraq, rəqəmsal topoqrafik xəritələrin (RTX) hazırlanması və yayılması ilə məşğul olan idarə, təşkilat və müəssisələr tərəfindən tətbiq edilməsi tövsiyə olunur.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?