14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Auditorlar Palatası iqtisadi subyektlərin rəhbərlərinə müraciət edib

Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən iqtisadi subyektlər 2023-cü il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

Sıra №si

Məcburi audit subyektləri

Məcburi auditdən keçmənin qanunvericilikdə
təsbiti və əsası

1.

İctimai əhəmiyyətli qurumlar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli

716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən.

2.

Məhdud məsuliyyətli cəmiyyətlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə

2019-cu il 03 may tarixli 1584-VQD

3.

Səhmdar cəmiyyətləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
107.6-cı maddələrində nəzərdə tutulan şərtlərlə

2019-cu il 03 may tarixli 1584-VQD

4.

Banklar və digər kredit təşkilatları

“Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun 8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.

5.

Sığorta təşkilatları və cəmiyyətləri

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü və 93-cü maddələrinə əsasən.

6.

İnvestisiya fondları

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli

1101-IIIQ saylı Qanununun 26-cı və 48-ci maddələrinə əsasən.

7.

Maliyyə-sənaye qrupları

“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 23 aprel tarixli 69-IQ №-li Qanununun 16-cı və 17-ci maddələrinə əsasən.

8.

Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər)

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli

716-IIQ saylı Qanununun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə.

9.

Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı

10.

Publik hüquqi şəxslər

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ saylı Qanununun 12-1-ci və Publik hüquqi şəxslərin nizamnamələrinə əsasən.

11.

Siyasi Partiyalar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 14.6-cı maddəsinə əsasən.

12.

Kənd təsərrüfatı kooperativləri

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli № 270-VQ saylı Qanunun 5.4-cü

maddəsinə əsasən.

13.

Bələdiyyələr

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli № 772-IQ saylı Qanunun 13-cü maddəsinə əsasən.

14.

İnvestisiya şirkətləri, fond birjaları, klirinq təşkilatları və investisiya fondları

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli № 1284-IVQ saylı Qanunun 61-ci maddəsinə əsasən.

15.

Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncamlarına və digər sənədlərə əsasən.

- Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektlərinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirilməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla biləvasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

- Müstəqil (kənar) audit ölkə iqtisadiyyatında maliyyə şəffaflığının təmin olunmasında, maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə xərclənməsində, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə, kölgə iqtisadiyyatının azaldılmasında əvəzsiz rola malikdir və auditorlar tərəfindən məcburi və ya könüllü auditlərin nəticələri üzrə verilən auditor hesabatının (auidtor rəyinin) iqtisadi subyektlərin maliyyə hesabatlarında yol verilən nöqsan və çatışmamazlıqların vaxtında aşkar edilməsində və aradan qaldırılmasında çox böyük əhəmiyyəti vardır;

- İqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Sərbəst auditorlar və auditor təşkilatları barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz (www.audit.gov.az);

- Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?