22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Larisa Kislyakova: “Azərbaycanın Tacikistanla ticarət dövriyyəsində dinamik artım müşahidə olunur”

“Azərbaycanla Tacikistan arasında iqtisadi əlaqələr yüksək səviyyədədir”. Bu fikirləri “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığının sədri, Tacikistan Peşəkar Məsləhətçilər İttifaqının İdarə Heyətinin sədri Larisa Kislyakova bildirib.

“Bakı ilə Düşənbə arasında iqtisadi əlaqələrin inkişafının əsas mexanizmi iqtisadi-ticarət əlaqələri üzrə hökumətlərarası komissiyadır”, - deyən L.Kislyakovanın sözlərinə görə, sənaye, ticarət, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ikitərəfli münasibətlərin əsas vektorlarından biridir: “Azərbaycanın əlverişli investisiya mühiti bu potensialın reallaşdırılması üçün yeni imkanlar və geniş üfüqlər açır. Birgə təşəbbüslərin həyata keçirilməsində özəl sektorun fəaliyyəti xüsusilə vacibdir”.

L.Kislyakova vurğulayıb ki, Tacikistan və Azərbaycan rəhbərlərinin səyləri sayəsində ikitərəfli münasibətlər qarşılıqlı anlaşma və etimad əsasında qurulur və bu, ölkələrimiz arasında hərtərəfli münasibətlərin davamlı inkişafının rəhnidir: “Münasibətlərimizin daha da genişləndirilməsi, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkili, ticarət-iqtisadi, sənaye, kənd təsərrüfatı, investisiya, tranzit, nəqliyyat və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün əməli tədbirlərin görülməsi vacibdir”.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Tacikistanla ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətən 26,2 faiz artaraq 5,1 milyon ABŞ dollarını üstələyib. Bundan əlavə, 2023-cü il aprelin 1-dək Tacikistanın Azərbaycan iqtisadiyyatına sərmayələri 4,4 milyon dollar, Azərbaycanın Tacikistan iqtisadiyyatına sərmayələri isə 1,5 milyon dollar təşkil edib.

Tamilla MƏMMƏDOVA

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?