10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını artırır

Bu ilin yanvar-noyabr ayları ərzində “KazTransOil” SC (“KazMunayQaz” SC-nin törəmə müəssisəsi) Aktau limanından 3,062 milyon ton Qazaxıstan nefti ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,014 milyon ton və ya 50 faiz çoxdur.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı “KazMunayQaz”a istinadən xəbər verir ki, Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanına göndərilən xammalın həcminin 205 min tondan 1,238 milyon tona yüksəlməsi ilə bağlıdır ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.

Bundan əlavə, hesabat dövründə Aktau limanından Mahaçqala limanına 1,824 milyon ton neft göndərilib.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin həcminin artırılması barədə göstəriş verib. Göstərişə uyğun olaraq, “KazMunayQaz” və SOCAR arasında “Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan müqavilə bağlanıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?