18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda saç boyasının istehsalına başlanılacaq

Bu ilin dekabr ayının sonları - gələn il yanvar ayından Azərbaycanda ilk dəfə olaraq saç boyasının istehsalına başlanılacaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “AZCOSMETICS GROUP” MMC-nin direktoru Ulduzə Xanlarova deyib.

Onun sözlərinə görə, artıq istehsal üçün hazırlıq işləri tamamlanmaq üzrədir. Məhsullar “Miss sea” və “Lady star” adları altında istehsal ediləcək. İstehsal ediləcək məhsullar Azərbaycanda satılmaqla yanaşı, xaricə də ixrac ediləcək. Əsas ixrac bazarı isə MDB ölkələri olacaq.

U.Xanlarova Azərbaycanda saç boyası istehsal edən ilk şirkət olacaqlarını qeyd edib. O, bu layihəyə xarici investor cəlb etdiklərini vurğulayıb.

U.Xanlarova əlavə edib ki, indiyədək layihənin icrası üçün 3 milyon manat investisiya yatırıblar. Şirkət ilkin mərhələdə saç boyaları, daha sonra isə saç və üzə qulluq vasitələri (şampunlar, balzamlar, üz kremləri, sabunlar və s.) istehsal etməyi nəzərdə tutur.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri