13 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şerzod Şermatov: “Azərbaycan və Özbəkistan İKT sahəsində fəal əməkdaşlıq edir”

Özbəkistan İKT sektorunu iqtisadi artıma nail olmağın hərəkətverici amili kimi qiymətləndirir. Bu sahədə Azərbaycanla yaxşı münasibətlərimiz inkişaf edir. Bu yaxınlarda özbək startapları və ekosistemin nümayəndələri innovasiya tədbirində iştirak ediblər. İnnovativ ekosistemin əsas tərkib hissəsi tərəflər arasında uzunmüddətli münasibətlərin və əməkdaşlığın inkişafıdır. Azərbaycan və Özbəkistan İKT sahəsində münasibətlərin inkişafının intensivliyi üzərində fəal iş aparırlar.

Bu barədə Özbəkistanın informasiya texnologiyaları və kommunikasiyalarının inkişafı naziri Şerzod Şermatov Bakıda keçirilən “InMerge Innovation” sammiti zamanı bildirib.

Özbəkistanlı nazir əlavə edib: “Özbəkistan 2017-ci ildən bəri IT kompaniyaları üçün əlverişli şərait yaradılması istiqamətinizdə fəal iş aparır. Ölkəmizdə “IT Park” adlanan innovativ ekosistem mövcuddur, burada şirkətlər rezident ola və vergilərdən azad edilə bilər. IT sektorunun işçiləri də başqa sahələrlə müqayisədə daha az vergi ödəyirlər”.

Nazir bildirib ki, Özbəkistanda qarşıya 2030-cu ilədək IT mütəxəssislərinin sayının artırılması vəzifəsi qoyulub: “Hazırda Özbəkistanda əvvəllər Qərb ölkələrində fəaliyyət göstərmiş şirkətlərin hesabına IT kompaniyalarının sayında artım müşahidə olunur. Bir çox istedadlı mütəxəssislər də ölkəmizə köçüblər. Bu məqsədlə IT kompaniyalarının sahiblərinin, biznesmenlərin və IT mütəxəssislərinin Özbəkistana gəlişi prosesini sadələşdirən və hər kəsə “IT-Viza” kimi məlum olan xüsusi sxem işlənib hazırlanıb”.

AZƏRTAC

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?