1 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zekeriya Çoştu: “Azərbaycanda texnoloji sistemin inkişafı üçün yaxşı zəmin var”

Son 20 il ərzində Türkiyə çox uğurlu, yaxşı inkişaf etmiş texnologiya ekosisteminin yaradılmasına nail olub.

Bunu Bakıda keçirilən "InMerge Innovation Summit"də Türkiyənin sənaye və texnologiya nazirinin müavini Zekeriya Çoştu deyib.

Nazir müavini bildirib ki, 20 il əvvəl Türkiyədə texnoloji ekosistem yox səviyyəsində idi. "Türkiyədə 100-dən çox texnopark tikilib, minlərlə startap və texnologiya şirkəti yaradılıb. Bu addımlar sayəsində ölkə güclü texnoloji sistemə sahib olub. Azərbaycanda texnoloji sistemin inkişafı üçün yaxşı zəmin var. Türkiyə ilə Azərbaycan bu sahədə sıx əməkdaşlıq edir. İnnovasiyaların inkişafı və fəaliyyət dairəsinin genişləndirilməsi ümumilikdə dünyanın iqtisadi transformasiyasına gətirib çıxarır", - deyə qardaş ölkənin nazir müavini əlavə edib.

Gələcəkdə qeyd edilən sahə üzrə daha da yaxşı nəticələr əldə ediləcəyini vurğulayan Zekeriya Çoştu bildirib ki, bunun üçün əsas məqam ölkədə təhsil imkanlarının yaradılması və yetişdirilən istedadlı kadrların ölkədə qalması üçün şərait formalaşdırmaqdır: “Hər iki ölkədə, həm Türkiyə, həm də Azərbaycanda bu istiqamətdə işlər görülür”.

AZƏRTAC

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?