30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şahmar Mövsümov: “İnnovasiya ekosistemində görülən işlər iqtisadi əlifbamıza yeniliklər gətirib”

Biz tarixi qorumaqla innovasiyaların mənimsənilməsini həyata keçirmişik. Hökumətin bu istiqamətdə rolu önəmlidir. İnnovasiya sahəsində texnologiya parklarının yaradılmasına dair təşəbbüslərimiz var.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “InMerge Innovation Summit”də çıxışı zamanı bildirib.

“Bizim tərəfdaşlığımız daimi iqtisadi artıma yönəlib. İnnovasiya ekosisteminin qurulması və inkişafı istiqamətində ölkəmizdə görülən tədbirlər iqtisadi əlifbamıza yeniliklər gətirib”, - deyə Prezidentin köməkçisi əlavə edib.

Ş.Mövsümov onu da əlavə edib ki, son illər texnologiya parklarının salınması, eləcə də yerli güzəştlərin verilməsi investorların cəlb edilməsinə təkan verib: “Transformativ layihələr sayəsində işğaldan azad olunmuş ərazilərimizdə “ağıllı” kəndlər yaradılıb. Bundan başqa, milli prioritetlərimizdən biri dayanıqlı enerji mənbələrinin qurulmasıdır. Azərbaycanda rəqəmsal akademiya yaradılıb ki, gənclər özlərinin İKT sahəsində bacarıqlarını genişləndirsinlər. Hər bir xalqın rifahı üçün təhsilin önəmli olduğunu nəzərə alaraq, tələbələrimizin aparıcı təhsil ocaqlarında təhsil almasına şərait yaratmışıq”.

Süni intellektin bir çox sahələrdə mürəkkəb çağırışların öhdəsindən gəlməyə kömək etdiyini deyən İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri süni intellektlə bağlı müəyyən çağırışlar olduğunu, bunun da əmək bazarına təsir etdiyini əlavə edib.

AZƏRTAC

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?