15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Stiv Voznyak azərbaycanlı gənclərə çağırış edib

ABŞ-nin “Apple” şirkətinin qurucularından biri Stiv Voznyak Bakıda keçirilən “InMerge Innovation Summit"də biznes əlaqələrinin qurulmasının önəmindən danışıb.

“InMerge Innovation Summit"in qonağı, yazar Bill Uilyamsın moderatorluğu ilə keçən görüşdə Stiv Voznyak hələ xəbər olmayan dövrdə öz kompüterini yaratmağa başladığını qeyd edib və bildirib ki, mühəndis ailəsində böyüməsi onun elektronikaya marağını artırıb: "Mən bu sahəyə marağımı uşaq yaşlarından inkişaf etdirmişəm. İnanın ki, mən heç məktəbdə də yaxşı oxumurdum. Amma ağlıma, ideyalarıma güvənirdim. Karyera yüksəlişi barədə düşünmürdüm. Ömrümün axırına kimi mühəndis olacağımı düşünürdüm. Bir gün mənə "Bu necə yaxşı mühəndisdir" deyəcəkləri günü ancaq xəyal edə bilərdim", - deyə S.Voznyak əlavə edib.

S.Voznyak qeyd edib ki, əvvəlcə “Apple 1” kompüterini yaradıb: “Stiv Cobsu “Apple”in yaradılmasından 5 il əvvəl tanıdım. Gənc, əyləncəsevən yeniyetmə idi, həyatı dəyişdirən insanlara pərəstiş edirdi. Mənim icad etdiyim kompüteri görəndə, bunun yeni biznes imkanı olduğunu dedi və yeni şirkət yaratmağı təklif etdi. Stiv Cobs bu ideyanı verməsəydi, mən elə bu günə qədər də güclü mühəndis olaraq qalacaqdım. Əsas gəlirlər “Apple 2” kompüteri buraxılandan sonra formalaşmağa başlayıb. Amma "Apple 1" satışa buraxılanda "Apple 2" artıq hazır idi. Ümumiyyətlə, fəaliyyət sahəsini genişləndirmək üçün peşəkar mühəndis olmaq önəmlidir. Biz insanları şirkətimizə bacarıqlarına görə cəlb edirdik", - deyə qonaq fikrini tamamlayıb.

Azərbaycanda gənclərə bu sahədə dəstək olmağa hazır olduğunu bildirən S.Voznyak əlavə edib ki, böyük işlər görməyə təşəbbüs göstərmək lazımdır, dəstək mütləq gələcək. O, azərbaycanlı gəncləri daha təşəbbüskar olmağa çağırıb.

AZƏRTAC

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?