23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda “InMerge Innovation Summit” keçirilir

Bakıda “InMerge Innovation Summit” keçirilir

Bakıda innovasiya dünyasında dinamika yaradan “InMerge Innovation Summit” işə başlayır.

Artıq üçüncü ildir ölkəmizdə keçirilən sammit dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Layihənin məqsədi innovasiya texnologiyaları sahəsindəki yenilikləri bölüşmək, sıx əlaqələr yaratmaq və sahənin ölkəmizdəki inkişafına təkan verməkdir.

Sammitdə elektron ticarətin uğurlu şirkətlərindən biri “Trendyol” Şirkətlər Qrupunun baş direktoru Erdem İnan, məşhur TED spikeri Maykl Ringel, “Shazam”ın təsisçisi Kris Barton kimi bir çox tanınmış beynəlxalq ekspertlər iştirak edəcəklər. “InMerge Innovation Summit”in qonaqlarından biri də “Apple” şirkətinin qurucularından olan məşhur kompüter mühəndisi Stiv Voznyak olacaq. O, innovasiyalar sahəsindəki son yeniliklərdən, şəxsi layihələrindən danışacaq.

Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr və seminarlar baş tutacaq.

Qeyd edək ki, noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək “InMerge Innovation Summit” çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yerli innovasiya ekosisteminin inkişafına yönəlik "IDDA Awards" müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

AZƏRTAC

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?