7 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın zəfəran məhsulları BƏƏ və Qətər bazarına çıxarılıb

Azərbaycanın zəfəran məhsulları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər bazarına daxil olub. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Absheron Saffron Ltd”nin təsisçisi Xəlil Cəfərov deyib.

Onun sözlərinə görə, zəfəran məhsulları istehlakçılara həmin ölkələrdəki ticarət evlərində təqdim edilir. Orada, əsasən, Azərbaycanın zəfərandan hazırlanmış mürəbbələri satılır: “Dünyada ilk dəfə zəfəran mürəbbəsini biz hazırlamışıq. Ona görə də bu mürəbbə hələ dünyada tanınmır. Qətər və BƏƏ-də 40 adda zəfəran məhsulu təqdim edilir”.

X.Cəfərov qeyd edib ki, ABŞ-dan da Azərbaycanın istehsal etdiyi zəfəran məhsulları ilə maraqlanırlar.

“Absheron Saffron Ltd”nin bu mövsümdə istehsal etdiyi zəfəranın çəkisinin azaldığını deyən X.Cəfərov buna sentyabr-oktyabr aylarında havanın isti keçməsinin səbəb olduğunu bildirib. Nəticədə istehsalçı müəssisə bu il əkin sahələrindən cəmi 12 kq zəfəran toplaya bilib. Halbuki ötən mövsümlərdə göstərici 60 kq-a yaxın olub.

X.Cəfərov bildirib ki, 3 hektar ərazidən toplanılmış 9 ton zəfəran soğanını satıblar: “Alıcılıq qabiliyyəti yüksək olarsa, zəfəran əkini sahələrini genişləndirəcəyik. Hazırda Zirədə 20 hektar ərazidə zəfəran əkilir”.

VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir? VergiUşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu? VergiSəhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər? Vergi“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır? VergiGecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq?