İqtisadiyyat nazirinin müavini Siyəzəndə vətəndaşları qəbul edib
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Siyəzən şəhərində Siyəzən və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.