10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Samir Xeyirbəyov: “Dubaya meyvə-tərəvəz ixrac edəcəyik”

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC-nin tingləri gələn ilin yanvar ayında Rusiyaya ixrac ediləcək.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.

Onun sözlərinə görə, tingləri ixrac etmək məqsədilə şirkətlərini Rusiyanın Kənd Təsərrüfatı Nazirliyində qeydiyyatdan keçirirlər. Şirkətin bu həftə ərzində qeydiyyatdan keçməsi gözlənilir: “Dekabrın əvvəlində Krasnodar vilayətində, Mahaçqala və Dərbənd şəhərlərində müştərilərlə görüşlər olacaq. Kənd Təsərüfatı Nazirliyindən icazə aldıqdan sonra onlarla müqavilə bağlayacağıq. Rusiya bizdən qoz, alça, şaftalı, nektarin və gilas tingləri istəyir”.

Artq 30 çeşid ting üçün Kənd Təsərrüfatı Nazirliyindən sertifikatlar aldıqlarını xatırladan S.Xeyirbəyov bildirib ki, Qırğızıstana 43 ədəd badam tingi ixrac edilməsi nəzərdə tutulur. İxracın dekabrın 10-dan sonra reallaşacağı gözlənilir.

S.Xeyirbəyov əlavə edib ki, Yevlax Pilot Aqroparkda yetişdirilən tinglərdən əldə olunan meyvələrin Dubaya satılması planlaşdırılır. Artıq Dubayın ən böyük marketlər şəbəkəsi ilə müqavilə bağlanılıb: “İlk alma TIR-ı bu həftə yola salınacaq. Ondan sonra bütün növ meyvə və tərəvəzlər Dubaya ixrac ediləcək. May ayına kimi alma, xurma, nar, maydan sonra isə ərik, şaftalı, nektarin ixrac etməyi nəzərdə tuturuq”.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?