5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zəngilanda beynəlxalq nəqliyyat-logistika konfransına start verilib

Bu gün Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransa start verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) məlumatına görə, konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, RİNN, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın keçirilməsində məqsəd trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.

Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə bir neçə mövzuda panel müzakirələr keçirilib.

“Avrasiya regionunun ticarət və davamlı inkişafında beynəlxalq nəqliyyat dəhlizlərinin rolu” mövzusu üzrə panel müzakirələrdə bildirilib ki, son 20 ildə iki qitəni birləşdirən əsas dəhlizlərin – Şimal-Cənub və Şərq-Qərb dəhlizinin üzərində yerləşən ölkəmizdə nəqliyyat infrastrukturu tam modernləşdirilib. Nəticə etibarilə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, yeni beynəlxalq hava limanlarının istifadəyə verilməsi, mülki aviasiya gəmilərinin və ticarət gəmiçiliyi donanmasının genişləndirilməsi, Bakı Beynəlxalq Dəniz Limanının tikintisi və limana bitişik Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanı istər Şərq-Qərb, istərsə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm mərkəzə çevirdi. Azərbaycanın atdığı bu addımlar nəinki ölkənin, bütövlükdə regionun daha uzunmüddətli və dayanıqlı nəqliyyat əlaqələrinin formalaşmasına istiqamətlənib.

Konfrans zamanı keçirilən yüksək səviyyəli paneldə isə “Tranzit dəhlizlərinin yaradılması: Avrasiyanın potensialından istifadə” mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda 15 ölkə, 8 beynəlxalq təşkilat və beynəlxalq maliyyə institutundan 200-dən çox nümayəndə iştirak edir.

Konfrans işini 17 noyabr tarixində Bakıda davam etdirəcək.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?