7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

On ay ərzində 25,3 milyon ton neft hasil edilib

Bu ilin yanvar-oktyabr ayları üzrə ölkədə 25,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyinin məlumatına görə, neft hasilatının 15 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib.

Hesabat dövründə 21 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 18,5 milyon tonu konsorsiumun, 2,5 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 noyabr 2023-cü il tarixinədək 625,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 581,9 milyon ton neft, “Şahdəniz”dən isə 43,8 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 1 noyabr 2023-cü il tarixinədək 623,7 milyon tonu ixraca nəql edilib.

Cari ilin ilk 10 ayında neftin emalı 5,5 milyon ton təşkil edib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?