Bakının ictimai iaşə dövriyyəsi 1 milyard manatı ötüb
Bu ilin yanvar-sentyabr aylarında Bakının ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,4 faiz artaraq 1 018,3 milyon manat olub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 19 faiz artaraq 588,8 milyon manat təşkil edib.