21 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Brüsseldə “Möcüzəvi uçan xalçalar”

Brüsseldə fəaliyyət göstərən Frison Horta Fondunda Azərbaycan xalçalarının sərgisi təşkil edilib.

“Azərxalça” ASC-dən verilən məlumata görə, “Möcüzəvi uçan xalçalar” adlı sərginin açılışında Belçika dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, elm və mədəniyyət xadimləri, eləcə də Belçikada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Sərgi ziyarətçiləri üçün Azərbaycan xalçasının toxunma prosesi nümayiş olunub. Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb. Azərbaycan xalçasının toxunma prosesində iştirak edən hər kəsə “Azərxalça”nın xüsusi sertifikatı da təqdim olunub.

Bununla yanaşı, uşaqlar üçün nəfis tərtibatda və ingilis dilində hazırlanan Azərbaycanda xalçaçılıq sənətinə aid kitablar və bröşürlər paylanılıb, xalçaçılıq sənəti və Azərbaycanın tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub.

Sərginin qapıları 6 dekabr tarixinədək açıq olacaq. Sərgi ziyarətçilərinə həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcək.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?