14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

21 faydalı qazıntı yatağı hərraca çıxarılır

Dekabrın 15-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, hərracda investorlara Balakəndə yerləşən “Katexçay” (9 ha), “Balakənçay II” (10 ha), “Paşan” (13 ha), “Balakən” (2,5 ha), Şamaxıda “Yuxarı Pirsaatçay” (49,5 ha), Oğuzda “Muxas-Daşağılçay” (15 ha), Şəkidə “Şəki” (10 ha), Qubada “Qudyalçay” (11,5 ha), “Səbətlər” (10 ha), Abşeronda “Umbaki” (1,36 ha), “Güzdək” (1 ha), Yevlaxda “Gülövşə” (20 ha), Siyəzən “Gilgilçayın cənub-qərb cinahı”, (4 ha), Tovuzda “Aşağı Zəyəmçay” (3,77), Füzulidə “Dövlətyarlı” (3 ha), İsmayıllıda “Təzəkənd” (10 ha), “Ağbulaq” (6 ha), “Göyçay I” (10 ha), Qəbələdə “Türyançay III” (3 ha), Goranboyda “Yuxarı Ağcakənd” (6,9 ha), Şabranda “Baş Əmirxanlı” (0,68 ha) faydalı qazıntı yataqları təklif olunacaq.

İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri 7 dekabr 2023-cü il, saat 18:00-dək “Bakı KOB evi”nə (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/36JvFX) və “Özəlləşdirmə portalı”nda (https://clck.ru/36JvH9 ) tanış olmaq olar.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?