23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

HEPA ilə investisiya və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) nümayəndələri arasında görüş keçirilib.

AZPROMO-dan verilən məlumata görə, görüşdə Agentliyin rəhbəri Yusif Abdullayev cari ilin fevral ayında Budapeştdə keçirilən Macarıstan və Azərbaycan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 9-cu iclası çərçivəsində AZPROMO və HEPA-nın birgə təşkilatçılığı ilə Macarıstan-Azərbaycan biznes forumu və agentliklər arasında baş tutan görüşü xüsusilə qeyd edib. Bildirilib ki, qida sənayesi və ictimai nəqliyyat sektorlarında ölkələrin müvafiq qurumları və şirkətləri arasında əməkdaşlıq aparılır və sözügedən sektorlarda icra olunan və reallaşdırılması planlaşdırılan investisiya layihələrinə AZPROMO tərəfindən dəstək göstərilir. İnvestisiya layihələrinin ölkələr arasında ticarət dövriyyəsinin, o cümlədən Azərbaycandan digər ölkələrə ixracın artırılması üçün katalizator rolu oynayacağı vurğulanıb.

HEPA-nın baş icraçı direktoru Qabor Cenei Azərbaycanda keçirilən sərgilərdə Macarıstan şirkətlərinin iştirak etdiyini vurğulayaraq, bu cür tədbirlərin ticarət mübadiləsinin artırılması üçün effektiv platforma olduğunu diqqətə çatdırıb. Sahibkarların hər iki ölkədə təşkil olunan sərgilərdə daha geniş heyətdə iştirakının təmin olunması və ölkələrdəki idxalçılar ilə əlaqələndirilməsi məqsədilə agentliklər arasında məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?