15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Texnoparkların rezidentlərinə fayda əldə etmək üçün böyük imkanlar yaradılır

Son dövrlər ödəniş sektoru kifayət qədər intensiv inkişaf edir və bu dinamikanın qarşılığında müəyyən çağırışlar yaranır. “vergiler.az” xəbər verir ki, “Azərikard”ın baş icraçı direktoru Fərid Quliyev VII Beynəlxalq Bankçılıq Forumunda çıxışında belə deyib. Onun sözlərinə görə, 2023-cü ilin ilk 9 ayı ərzində “Azərikard” 340 milyon manat ətrafında uğurlu tranzaksiya emal edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 42 faiz çoxdur: “Bazarın müasir çağırışlarına və tələblərə uyğun olaraq ən düzgün yanaşma maliyyə texnologiyalarından zamanında istifadə olunmasıdır. “Azərikard” olaraq çalışırıq ki, bazarın bütün tələblərinə anında riayət edə bilək, hətta hansısa məsələlərdə bir addım öndə olaq. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun tətbiq edilməsi bizim işimizə dəstək olacaq”.

Hazırda texnologiyalar parklarının rezidentlərinə fayda əldə etmək üçün kifayət qədər böyük imkanlar yaradıldığını deyən F.Quliyev artıq “Azərikard”ın da texnoparkın rezidenti statusu əldə etdiyini vurğulayıb. O, bir tərəfdən maliyyə bazarının inkişaf etməsinin, digər tərəfdən dövlət qurumlarının dəstək təşəbbüsləri və yaratdıqları şəraitin yeni texnologiyaların tətbiqi üçün yaxşı imkanlar açdığını bildirib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?