16 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eldəniz Əmirov: “Azərbaycanda alternativ enerji istehsalı ilə bağlı ciddi işlərə start verilib”

Azərbaycan etibarlılıq, təchizat və enerji resursları baxımından həm Avropa-Qafqaz-Asiya, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin ən aparıcı ölkələrindən biridir. Bu fikri iqtisadçı Eldəniz Əmirov Gürcüstanda keçirilən 4-cü İpək Yolu Beynəlxalq Forumunun əhəmiyyətini “vergiler.az”a şərh edərkən səsləndirib. Onun sözlərinə görə, iri logistika layihələrinin təkmilləşdirilməsi, irəli sürülən təkliflərin müzakirəsi üçün bu cür tədbirlərə böyük ehtiyac var: “Beynəlxalq Forumda əsas müzakirə mövzularından biri də enerji təminatı ilə bağlı olub. Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan Buxarest şəhərində bununla bağlı anlaşma imzalayıblar. Bu anlaşmaya görə, Azərbaycanda və Gürcüstanda alternativ enerji resursları hesabına istehsal ediləcək elektrik enerjisi Qara dənizin dibi ilə Avropaya nəql olunacaq. Bu baxımdan, Forumda həmin dörd ölkənin istirakı vacib idi. Çünki layihə çox genişdir və böyük resurs tələb edir”.

E.Əmirov Avropa İttifaqına daxil olan Rumıniya və Macarıstanın bu layihəyə qoşulmasını müsbət qiymətləndirib. Regiondan keçən bütün logistika layihələrində Azərbaycanın mühüm rol oynadığını xatırladan iqtisadçı əlavə edib ki, sərnişin daşımalarında da Qafqaz üzərindən keçən marşrut üzrə aktivlik nəzərdə tutulur.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?