22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

OECD ilə rəqabət hüququ sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Beynəlxalq Rəqabət Şəbəkəsinin İspaniya Krallığında keçirilən illik iclası çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələri ilə görüşüb.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə Xidmət rəisi sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, görüşdə ölkədə rəqabət vəziyyətinin qiymətləndirilməsi üzrə əsas meyarlar, dövlət satınalmaları sahəsində saxtakarlıq və digər haqsız rəqabət formaları ilə mübarizə üsulları, həmçinin rəqabət təhlilləri metodologiyalarına dair əsas prinsiplər barədə məlumat verilib.

“Müzakirələr zamanı məhkəmə orqanları əməkdaşları üçün rəqabət hüququ sahəsində təlimlərin təşkili imkanları ilə yanaşı, tərəflər arasında digər mümkün qarşılıqlı əməkdaşlıq perspektivlərini də nəzərdən keçirdik”, - Xidmət rəisi əlavə edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?