25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Cənubi Afrika Respublikasına məhsul ixracı 8 dəfəyədək artıb

Cənubi Afrika Respublikasına məhsul ixracı 8 dəfəyədək artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Cənubi Afrika Respublikası (CAR) ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 6,1 faiz və ya 384,6 min ABŞ dolları artaraq 6,6 milyon dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 9 ayında Azərbaycandan CAR-a 263,7 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 7,8 dəfə və ya 229,86 min dollar çoxdur.

CAR-dan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2,5 faiz və ya 154,7 min dollar artaraq 6,4 milyon dollar təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Cənubi Afrika Respublikası ilə ticarətin payı 0,01 faiz təşkil edib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?