17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Konteynerlərlə daşınan yüklərin həcmi açıqlanıb

Konteynerlərlə daşınan yüklərin həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr ayları ərzində konteynerlərlə daşınan idxal və ixrac yüklərinin həcmində artım qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin məlumatına görə, cari ilin ilk 9 ayında konteynerlərlə idxal yüklərinin nəqli 8059 TEU təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 50,4 faiz üstələyir.

İdxal olunan yüklərin sırasında, əsasən, müxtəlif sənaye, kimya sənayesi məhsullarını, əlvan metallurgiya, tikinti materialları, nəqliyyat vasitələri və onların ehtiyat hissələrini qeyd etmək olar.

Konteynerlərlə daşınan ixrac yüklərinin nəqlinə gəlincə, 2023-cü ilin ilk 9 ayı ərzində “ADY Konteyner” tərəfindən 11 306 TEU yük daşınıb ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətdə 2,4 dəfə çoxdur. Nəql olunan ixrac yönümlü yüklər sırasında əlvan metallurgiya, sənaye, kimya sənayesi məhsulları üstünlük təşkil edir.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?