Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb
“Technovate - Sabah Mələk İnvestorlar Klubu” tərəfindən ölkəmizdə ilk dəfə olaraq yaradılan Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.
Nazir əlavə edib ki, tədris prosesində mələk investor olmaq istəyənlər ABŞ təlimçilərindən nəzəri bilikləri və təcrübəni mənimsəyəcəklər və qabaqcıl ölkələrin, xüsusilə də ABŞ-nin startaplarına sərmayə yatırmaq imkanı əldə edəcəklər: “Bu layihə ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və biznes mühitinin təkmilləşməsinə töhfə verəcək”.